Azərbaycana ötən il pul köçürmələri 8,7% artıb - Samir Nəsirov

Azərbaycana ötən il pul köçürmələri 8,7% artıb - Samir Nəsirov

BANK
320

2025-ci ildə Azərbaycana pul köçürmə sistemləri vasitəsilə 8,7 faiz artım qeydə alınıb və ölkəyə daxil olan vəsait 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,2 faiz artım deməkdir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.

Azərbaycana daxil olan pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub: Rusiya – 479,3 milyon dollar, Türkiyə – 193,2 milyon dollar, ABŞ – 100,7 milyon dollar, Gürcüstan – 43,6 milyon dollar, Birləşmiş Krallıq – 42,4 milyon dollar.

Eyni dövrdə Azərbaycandan xaricə köçürülmüş vəsaitlərin həcmi isə 4,1 faiz azalaraq 505 milyon ABŞ dollarına düşüb. Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin ölkələr üzrə bölgüsü belədir: Türkiyə – 145,7 milyon dollar, ABŞ – 76,4 milyon dollar, Rusiya – 46,4 milyon dollar, Birləşmiş Krallıq – 26,7 milyon dollar, Gürcüstan – 26,2 milyon dollar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana ötən il pul köçürmələri 8,7% artıb - Samir Nəsirov — Fins.az — Fins.az