Azərbaycan Mərkəzi Bankı iki elektron pul təşkilatına məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı iki elektron pul təşkilatına məcburi göstəriş verib

BANK
379

Azərbaycan Mərkəzi Bankı (AMB) iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

Finss.az bu barədə AMB-yə istinadən xəbər verir ki, “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verilib.

Belə ki, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib.

Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Mərkəzi Bankı iki elektron pul təşkilatına məcburi göstəriş verib — Fins.az — Fins.az