Azərbaycan Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq-KREDİTLƏR UCUZLAŞACAQ

Azərbaycan Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq-KREDİTLƏR UCUZLAŞACAQ

BANK
1,188

Bu gün Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ilk iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək.

 

Faiz qərarı bu gün saat 11:00 radələrində ictimaiyyətə açıqlanacaq və ardınca Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransı keçirəcəkdir.

 

Fins.az-ın məlumatına görə, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilmiş və bütün iclaslarında faizlərin endirilməsinə qərar veilmişdi.

 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında isə 7,50%-ə salındı. 

 

İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qaldığından Yanvarın 31-də də faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də 0,25 baza bəndi azaltma olarsa uçot dərəcəsi 7.25%-ə düşəcəkdir. Mərkəzi Bank daha yüksək nisbətdə - 0,50 baza bəndi də faiz endiriminə gedə bilər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq-KREDİTLƏR UCUZLAŞACAQ — Fins.az — Fins.az