Azərbaycan və Mərkəzi Asiya arasında innovativ maliyyə əməkdaşlığı başlanıb

Azərbaycan və Mərkəzi Asiya arasında innovativ maliyyə əməkdaşlığı başlanıb

BANK
239

Azərbaycan Fintex Assosiasiyası və Mərkəzi Asiya Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti” çərçivəsində baş tutub.

Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, memorandum regionda maliyyə texnologiyaları (fintech) ekosisteminin inkişaf etdirilməsi, innovativ həllərin tətbiqi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır.

Qeyd edilib ki, bu tərəfdaşlıq həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrində rəqəmsal maliyyə xidmətlərinin coğrafiyasının genişlənməsinə və yeni biznes imkanlarının formalaşdırılmasına töhfə verəcək.

Memorandum çərçivəsində tərəflərin birgə layihələrin həyata keçirilməsi, startap ekosisteminin dəstəklənməsi və fintex sahəsində bilik mübadiləsinin artırılması istiqamətində əməkdaşlığı genişləndirməsi nəzərdə tutulur.

Bu addım regionda rəqəmsal maliyyə sektorunun inkişafına yönəlmiş əməkdaşlıq platformasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və Mərkəzi Asiya arasında innovativ maliyyə əməkdaşlığı başlanıb — Fins.az — Fins.az