Azərbaycan makroiqtisadi çağırışları beynəlxalq maliyyə qurumları ilə müzakirə edib

Azərbaycan makroiqtisadi çağırışları beynəlxalq maliyyə qurumları ilə müzakirə edib

BANK
330

Mərkəzi Bankın nümayəndə heyəti ABŞ-də keçirilən beynəlxalq maliyyə toplantısında iştirak edib.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun növbəti iclasında iştirak edib.

Toplantı çərçivəsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) üzv ölkələrinin dövlət və hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri və beynəlxalq maliyyə institutlarının nümayəndələri bir araya gəlib.

Çıxış zamanı Əliyar Məmmədyarov qlobal və regional makroiqtisadi meyillər, maliyyə sektorunun inkişaf dinamikası və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən danışıb. O, həmçinin DB və BVF ilə uzunmüddətli əməkdaşlığın Azərbaycanın institusional potensialının gücləndirilməsinə və iqtisadi dayanıqlığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Toplantıda Seçki Qrupuna daxil olan ölkələrdə mövcud makroiqtisadi vəziyyət, inkişaf tendensiyaları, qarşıda duran çağırışlar və qlobal iqtisadi proseslərin milli iqtisadiyyatlara təsiri ətrafında geniş müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan makroiqtisadi çağırışları beynəlxalq maliyyə qurumları ilə müzakirə edib — Fins.az — Fins.az