Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard manatı ötüb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard manatı ötüb

BANK
204

2026-cı ilin martın 1-nə ölkə iqtisadiyyatına bank və qeyri-bank kredit təşkilatları tərəfindən qoyulmuş kreditlərin ümumi həcmi 32,002 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay əvvələ nisbətən 138,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6 milyard manat və ya 8,8% artıb.

Hesabat dövründə kredit qoyuluşlarının 7,887 milyard manatı dövlət banklarının payına düşüb. Bu, aylıq müqayisədə 50 milyon manat və ya 0,6%, illik müqayisədə isə 677,2 milyon manat və ya 9,4% artım deməkdir.

Özəl banklar isə bazarda əsas paya sahib olaraq qalır. Belə ki, onların kredit qoyuluşu 22,231 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 88,8 milyon manat və ya 0,4%, illik müqayisədə isə 1,8 milyard manat və ya 9,1% çoxdur.

Qeyri-bank kredit təşkilatlarının payına isə 1,884 milyard manat düşüb. Bu seqmentdə aylıq dəyişiklik qeydə alınmasa da, illik müqayisədə 73,1 milyon manat və ya 4% artım müşahidə olunub.

Ümumi strukturda dövlət banklarının payı 24,6%, özəl bankların payı 69,5%, bank olmayan kredit təşkilatlarının payı isə 5,9% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard manatı ötüb — Fins.az — Fins.az