Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi açıqlanıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi açıqlanıb

BANK
252

2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanda əsas kapitala 6,650 milyard manat investisiya qoyulub.

Bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi “Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.

Məlumata görə, investisiya qoyuluşları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% azalıb.

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə investisiyalar 14,7% azalaraq 4,098 milyard manat təşkil edib.

Qeyd olunub ki, cari ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat olub. Bu dövrdə iqtisadiyyat ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% artım göstərib.

Statistik göstəricilərə əsasən, neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata düşüb, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq 35,658 milyard manata yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi açıqlanıb — Fins.az — Fins.az