Azərbaycan iqtisadiyyatına Fransadan gələn sərmayələr 10% artıb

Azərbaycan iqtisadiyyatına Fransadan gələn sərmayələr 10% artıb

BANK
254

2025-ci ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 134,317 milyon ABŞ dolları təşkil edib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 12,4 milyon dollar və ya 10,2% artım deməkdir.

Hesabat ilində Fransadan Azərbaycana yatırılan investisiyaların payı birbaşa xarici investisiyaların ümumi həcmində 2% təşkil edib.

Eyni zamanda, Azərbaycan 2025-ci il ərzində Fransa iqtisadiyyatına 28,314 milyon dollar sərmayə qoyub. Bu, əvvəlki ilə nisbətən 41,712 milyon dollar və ya 47,3% çoxdur və Azərbaycanın birbaşa xarici investisiyalarında Fransaya yatırılan sərmayənin xüsusi çəkisi 1,1% təşkil edir.

Qeyd edək ki, 2024-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 121,910 milyon dollar, Azərbaycandan Fransaya isə 19,224 milyon dollar olub.

Bütövlükdə 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 2,528 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 765,4 milyon dollar və ya 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına Fransadan gələn sərmayələr 10% artıb — Fins.az — Fins.az