Azərbaycan iqtisadiyyatı üzrə yeni artım proqnozları məlum olub

Azərbaycan iqtisadiyyatı üzrə yeni artım proqnozları məlum olub

BANK
498

2026-cı il üzrə iqtisadi artımla bağlı proqnozlar aşağı reviziya olunsa da, ümumi qiymətləndirmələr nikbin olaraq qalır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata əsasən, Mərkəzi Bankın 2026-cı ilin may proqnozlarına görə, cari ildə real ifadədə iqtisadi artım tempinin ümumi ÜDM üzrə 1,1%, qeyri-neft-qaz ÜDM üzrə isə 3,2% olacağı gözlənilir.

Qeyd olunub ki, 2026-cı ildə ümumi ÜDM-in artımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isə artırıcı təsir göstərəcək. Cari ildə qeyri-neft-qaz sektorunda artımın əsas drayverlərinin ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımı olacağı proqnozlaşdırılır.

AMB həmçinin bildirib ki, 2027-ci ildə iqtisadi artım tempinin ümumi ÜDM üzrə 3,2%, qeyri-neft-qaz sektoru üzrə isə 4,7% təşkil edəcəyi gözlənilir.

Məlumata görə, 2027-ci ildə ümumi ÜDM-in artımına neft-qaz sektorunun neytral, qeyri-neft-qaz sektorunun isə artırıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Həmin dövrdə də qeyri-neft-qaz sektorunda artım əsasən ev təsərrüfatlarının son istehlakı, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımı hesabına formalaşacaq.

Qeyd edilib ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi göstəricilərinə əsaslanır. Belə ki, bu sektorda 2026-cı ildə 3,3% azalma, 2027-ci ildə isə dəyişiklik gözlənilmir.

AMB vurğulayıb ki, 2026 və 2027-ci illərdə qeyri-neft-qaz sektorunda iqtisadi artımın reallaşması əsasən daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatı üzrə yeni artım proqnozları məlum olub — Fins.az — Fins.az