
Azərbaycan bazarında xarici valyutaya tələb ötən həftə azalıb-RUSİYA BANKININ ANALİTİKLƏRİ AÇIQLAYIR
Qazprombank"ın analitikləri aprel ayında Azərbaycanda xarici valyutaya tələbin azalacağını proqnozlaşdırırlar.
"Azərbaycan bazarında xarici valyutaya tələb ötən həftə azalıb ki, bu da bizim gözləntilərimizə tamamilə uyğundur. Sonuncu hərracda xarici valyutaya tələb ($55 milyon) aprelin 7-də keçirilmiş hərracın nəticələri ilə müqayisədə 18%, aprelin 2-də keçirilmiş hərracın nəticələri ilə müqayisədə isə 26% azalıb. Beləliklə, biz deyə bilərik ki, əhalinin devalvasiya gözləntilərinin yüksəlməsi fonunda valyutaya tələbin artmasının qısamüddətli xarakter daşıması ilə bağlı gözləntilərimiz özünü doğruldub", - deyə “Qazprombank”ın icmalında bildirilir.