Azərbaycan banklarının xalis daxili aktivləri artıb

Azərbaycan banklarının xalis daxili aktivləri artıb

BANK
327

2026-cı il yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25,822 milyard manat səviyyəsində olub.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 2,3 milyard manat və ya 8,3% artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 781,9 milyon manat və ya 2,9% azalma deməkdir.

Eyni tarixdə bankların xalis daxili aktivləri 24,038 milyard manat təşkil edib. Bu, aylıq 1,6 milyard manat və ya 8,5% artım, illik müqayisədə isə 4,1 milyard manat və ya 20,8% artım deməkdir.

Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 57,086 milyard manat, cəmi öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,342 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...