Bu ilin yanvar-aprel aylarında Azərbaycan bankları 434,1 milyon manat vergiyəqədərki mənfəət əldə edib. Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% çoxdur.