
Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri 16,667 milyard manat olub
2026-cı ilin fevralın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 16,667 milyard manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankınının məlumatına əsasən xəbər verir ki, əmanətlərin həcmi yanvarın 1-i ilə müqayisədə 105,8 milyon manat və ya 0,6% azalsa da, ötən ilin fevralın 1-i ilə müqayisədə 1,968 milyard manat və ya 13,4% artıb.
2026-cı ilin fevralın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri 11,476 milyard manat, xarici valyuta ilə əmanətləri isə 5,191 milyard manat təşkil edib. Milli valyuta ilə əmanətlər aylıq müqayisədə 127 milyon manat və ya 1,1% azalaraq illik baxımdan 1,695 milyard manat və ya 17,3% artıb. Xarici valyuta ilə əmanətlər isə aylıq 21,1 milyon manat və ya 0,4%, illik 273,1 milyon manat və ya 5,5% artım göstərib.
Beləliklə, fevralın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakı əmanətləri 6,285 milyard manat və ya 2,2 dəfə üstələyib.
Fuad Mədətov
Fins.az