Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

BANK
285

Fins.az - 12 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak ediblər.

Toplantıda iqtisadiyyat və bank sektoru ilə bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Türkiyə Bankalar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Bankacılık Düzenleme ve Denetleme Kurumunun sədri Prof. Dr. Şahap Kavcıoğlu, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri Dr. Fatih Karahan və Türkiyə Respublikasının xəzinə və maliyyə naziri Mehmet Şimşek çıxış ediblər.

Toplantı çərçivəsində bank sektorunun dayanıqlı inkişafı, iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, tənzimləmə mühiti və sektorun qarşısında duran prioritet məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan Banklar Assosiasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və bank sektorunda qarşılıqlı təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib — Fins.az — Fins.az