Azərbaycan bank sektorunda tənzimləyici nəzarətin gücləndirilməsi kredit risklərinin azalmasına töhfə verəcək

Azərbaycan bank sektorunda tənzimləyici nəzarətin gücləndirilməsi kredit risklərinin azalmasına töhfə verəcək

BANK
416

2026-cı ildə Azərbaycanın bank sektorunda risk-əsaslı nəzarət yanaşmasının tətbiqi və tənzimləyici nəzarətin gücləndirilməsi kredit risklərinin azalmasına töhfə verəcək.

Fins.az xəbər verir ki, bu barədə S&P Global Ratings məlumat yayıb.

Agentliyin məlumatına görə, 2024-2025-ci illərdə tənzimləyici qurum bankların risk iştahını məhdudlaşdırmaq və kreditlərin verilməsi ilə bağlı tələbləri artırmaq üçün tədbirlər paketi həyata keçirib. Bu tədbirlər “2024-2026-cı illər üzrə Maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində risk-əsaslı nəzarətə keçid, BMHS 9-un tətbiqi və korporativ idarəetmə standartlarının təkmilləşdirilməsini əhatə edir.

Proqnozlara görə, kredit portfelinin artımı əvvəlki illərdəki 18%-lik orta göstərici ilə müqayisədə 2026-2027-ci illərdə 10-12%-ə enəcək, bank sistemi üzrə 3-cü mərhələ kreditlərinin payı isə 4,5-5% səviyyəsində sabit qalacaq.

Analitiklər bildirirlər ki, Azərbaycan bankları sabit fondlaşdırma profilini qoruyub saxlayır, depozit bazasının artımı və dollarlaşmanın azalması sektora dəstək verir. Lakin kreditlərin dollarlaşması hələ də valyuta disproporsiyaları yaradır.

Eyni zamanda, manatın ABŞ dollarına bağlılığı 1,7 manat səviyyəsində saxlanacaq, neft qiymətlərinin uzun müddət aşağı qalması isə valyuta məzənnəsinin korreksiyasına səbəb ola bilər. S&P qeyd edir ki, karbohidrogen qiymətlərinin kəskin düşməsi iqtisadi artımı zəiflədə, kredit risklərini artıraraq biznes və əhalinin ödəniş qabiliyyətinə mənfi təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan bank sektorunda tənzimləyici nəzarətin gücləndirilməsi kredit risklərinin azalmasına töhfə verəcək — Fins.az — Fins.az