Azərbaycan bank sektoru I rübdə 372 milyon manat xalis mənfəət əldə edib

Azərbaycan bank sektoru I rübdə 372 milyon manat xalis mənfəət əldə edib

BANK
234

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda bank sektoru yüksək maliyyə nəticələri ilə çıxış edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bankların xalis mənfəəti 372 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 118,7 milyon manat və ya 46,9% artım deməkdir.

Hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti də artaraq 521 milyon manata yüksəlib. Bu göstərici illik müqayisədə 118,3 milyon manat və ya 29,4% çoxdur.

Eyni zamanda, cari ilin ilk üç ayında banklar tərəfindən dövlət büdcəsinə 84,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan bank sektoru I rübdə 372 milyon manat xalis mənfəət əldə edib — Fins.az — Fins.az