AYİB Azərbaycanda Külək Elektrik Stansiyasının inşasına 105 milyon dollar ayıracaq

AYİB Azərbaycanda Külək Elektrik Stansiyasının inşasına 105 milyon dollar ayıracaq

BANK
966

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisinə $105 milyon məbləğində kredit ayıracaq.

“Kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə yaradılmış “ACWA Power Azerbaijan Renewable Energy Limited Liability Company” çıxış edəcək. AYİB-in Direktorlar Şurasının iyulun 20-də keçiriləcək iclasında kreditin ayrılmasının təsdiq edilməsi planlaşdırılır”, - deyə bankdan bildirilib.

Layihənin ümumi dəyəri $300 milyon təşkil edir. 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib.

Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AYİB Azərbaycanda Külək Elektrik Stansiyasının inşasına 105 milyon dollar ayıracaq — Fins.az — Fins.az