
Avstriyanın Azərbaycana investisiyaları 50,359 milyon dollar olub
2025-ci ildə Avstriyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 50,359 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 26,582 milyon ABŞ dolları və ya 2,1 dəfə azalma deməkdir.
Məlumata əsasən, hesabat ilində Avstriyadan daxil olan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,4% təşkil edib.
Qeyd olunub ki, 2024-cü ildə Avstriyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 23,777 milyon ABŞ dolları olub.
Bildirilib ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü illə müqayisədə 450,9 milyon ABŞ dolları və ya 6,4% azalıb.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% artım deməkdir.