Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı

Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı

BANK
1,332

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsini dəstəkləməyə və bu prosesdə iştirak etməyə hazırdır. Bunu AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink deyib.

"Prezidentlə (Əliyevlə - İF) görüşümüz çərçivəsində qeyd olundu ki, Azərbaycan növbəti illərdə bir sıra dövlət müəssisələrini özəlləşdirməyi və ya kommersiya əsaslı etməyi planlaşdırır. Bizim bu prosesi dəstəkləmək üçün təcrübəmiz var. Biz sözügedən prosesə başlamağın münasib olduğu bir neçə müəssisəni müəyyənləşdirmişik, amma mən onların adlarını hələ açıqlamaq istəmirəm, çünki yekun razılıq əldə olunmayıb", - deyə Riqterink  bildirib.

Onun sözlərinə görə, AYİB həm maliyyə və texniki dəstək, həm də özəlləşdirilən şirkətlərin kapitalında birbaşa iştirak yolu ilə layihəyə dəstək ola bilər.

"Özəlləşdirmə hökumətin öz səhmlərinin 99%-ni satacağı IPO-nun dərhal keçirilməsinin zəruri olması demək deyil. Adətən, biz şirkəti özəlləşdirməyə hazırlamağa kömək edirik və bu, müəyyən qədər vaxt aparır. Bunu bir neçə yolla etmək olar. Bunlardan biri korporativ idarəetmənin yaxşılaşdırılmasıdır. Bəzən bu, layihələrə maliyyə dəstəyi, bəzən də kapitalda kiçik sərmayələr şəklində birbaşa iştirakımızla müşayiət olunur", - deyə bankın birinci vitse-prezidenti əlavə edib.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb

(c)Anterfaks Azərbaycan

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı — Fins.az — Fins.az