Avropa Mərkəzi Bankından YENİ PROQRAM

Avropa Mərkəzi Bankından YENİ PROQRAM

BANK
321

Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde son iclasında dekabr üçün təşviq mesajları verərkən, bankın bazarda alış proqramlarını genişləndirəcəyi gözlənilir.

Fins.az xəbər verir ki, Avropadakı iqtisadçılar, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Christine Lagarde-ın faiz qərarından sonra təşkil etdiyi mətbuat konfransında verdiyi təşviq mesajlarından sonra pandemiyada satın alma proqramının genişlənməsini gözləyirlər.

Avropa Mərkəzi Bankının  mart ayında elan etdiyi 1.35 trilyon avroluq pandemiyada satınalma proqramının yarısı oktyabr ayının sonuna kimi istifadə edilib. JPMorgan, UBS və Barclays pandemiya satınalma proqramının 500 milyard avro ilə genişlənəcəyini gözləyərkən, Commerzbank və Morgan Stanley proqramın müəyyən dərəcədə genişlənəcəyini təxmin ediblər.

Evercore ISI-nin qiymətləndirməsinə görə, dekabr ayında keçiriləcək iclasdan əvvəl də bu proqram çərçivəsində alış nisbətini artırmaq mümkündür. Proqnozlarını bölüşən bütün qurumlar, pandemiya satınalma proqramının 2021-ci ilin sonuna qədər 6 ay uzadılmasını gözləyirlər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa Mərkəzi Bankından YENİ PROQRAM — Fins.az — Fins.az