
Avro sürətlə dəyərdən düşür
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi mart və aprel ayının müqavimət səviyyələri altında ticarət edilməkdədir. Avrozonaya dair açıqlanan mənfi fundamental, xüsusilə də inflyasiya ilə bağlı göstəricilər avronu təzyiq altında saxlayan əsas səbəbdir.
Keçən həftənin son ticarət günündə növbəti ucuzlaşma dalğasına başlayan Avro/Dollar məzənnəsi, 1.10$-ın altında qaldıqca, 1.08$-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikadan dərc ediləcək əmək bazarına dair önəmli fundamental xəbərlər də önəmli rol oynayacaqdır.