Avro rekord həddə UCUZLAŞIR

Avro rekord həddə UCUZLAŞIR

BANK
610

Beynəlxalq maliyyə bazarlarında Avropada iqtisadiyyata dəstək olmaq üçün Avropa Birliyinin Zirvə toplantısının nəticələri çox saylı tənqidlərlə rastlaşıb. Xüsusilə də Almaniya höküməti yaradılacaq yenidən qurma fondunun 500 milyard və sonra 1 trilyon avroya çatdırılacaq maliyyə yardımının detallarının qeyri-müəyyən qalmasından narazıdır. Bu istiqamətdə Avropa Birliyi Komissiyasının may ayının ortalarına kimi model hazırlayacağı gözlənilir. 

EUR/USD məzənnəsi yenidənqurma fonduna dair xəbərlərin yayılmasından sonra ucuzlaşmağa başlayıb. Bu, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin də bahalaşmasına səbəb olub. Bu, Amerika hökümətinin iqtisadiyyata dəstək mövzusunda öndə olması ilə daha da güclənməkdədir. Bununla yanaşı, Amerika prezidenti Donald Tramp əyalət sədrlərini sosial və iqtisadi məhdudiyyətləri də artıq aradan qaldırmağa çağırıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avro rekord həddə UCUZLAŞIR — Fins.az — Fins.az