
Avro kəskin UCUZLAŞDI
Avro Avropa Mərkəzi Bankının (AMB, ECB) faiz qərarının ardından ucuzlaşır.
Fins.az xəbər verir ki, Avro/Dollar məzənnəsi qısa müddətdə 1,8% düşərək 1.1069 səviyyəsinə geriləyib (Avro ucuzlaşıb, dollar bahalaşıb). (Saat 20:00-a olan məlumat)
Xəbər verdiyimiz kimi sərmayəçilər faiz endirimi gözlədiyi halda Avropa Mərkəzi Bankı faizləri sabit saxlayıb.
Sərmayəçilər 0,1 bənd faiz endirimi gözləyirdilər.
Bank əsas pul siyasəti faizini 0%-də, marjinal faiz nisbətini 0.25%-də, depozit faizini də mənfi 0.5%- də saxlayıb. AMB, il sonuna qədər əlavə 120 milyard vroluq qiymətli kağız alışı planlaşdırır.
Bazarlar, Bankın Avro Bölgəsini durğunluğa girməkdən xilas edə biləcəyi barədə əmin deyil.