Avro, Funt, Yen və Avstraliyanın dollarında bahalaşma

Avro, Funt, Yen və Avstraliyanın dollarında bahalaşma

BANK
604

Avro, Funt, Yen və Avstraliyanın dollarında müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir.Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələrində bahalaşma müşahidə edilir. Bu iki məzənnə arasında GBP/USD valyuta cütlüyü üzrə texniki təhlillər dayanıqlı trendə işarədir. Beləliklə, cari və keçən həftənin müqavimət səviyyələrinin qırılması ilə funtun qiymətində bahalaşmanın sürətlənə biləcəyi proqnozlaşdırılır. EUR/USD məzənnəsinin isə ardıcılıqla 1.09 və 1.10$-ın üzərində möhkəmlənməsini gözləmək lazımdır. 

USD/JPY məzənnəsi də Avropa sessiyasında müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Burada da təhlillər onu göstərir ki, 108.43 yenin aşağı istiqamətdə qırılması ilə ucuzlaşma 106.91 yenə kimi davam edə bilər. 

Asiya sessiyasında Avstraliyanın ticarət dövriyyəsi ilə bağlı fundamental göstəricilər də mənfi açıqlansa da AUD/USD məzənnəsində bahalaşma davam etməkdədir. Keçən həftənin cümə günü 0.5979$-da dəstək görən məzənnə, 0.6213$-ın qırılması ilə 0.6684$-a kimi bahalaşa bilər. 

Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olub. 1672$-a kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti 1703 və 1754$-a kimi də bahalaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:45-də Fransadan da ticarət dövriyyəsi ilə bağlı fundamental göstəricilərin dərci gözlənilir. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avro, Funt, Yen və Avstraliyanın dollarında bahalaşma — Fins.az — Fins.az