"American Express": Pandemiya kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb

"American Express": Pandemiya kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb

BANK
849

Bu ilin I rübündə ABŞ-ın maliyyə xidmətləri qurumu "American Express Company"nin (AmEx) xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 76,3% azalaraq 367 milyon ABŞ dolları olub.

“Reuters” xəbər verir ki, analoji dövrdə şirkətin hər səhminin dəyəri 77,2% azalaraq 0,41 ABŞ dollara enib.

Belə ki, şirkətin koronavirusun (COVID-19) təsiri ilə yaranan zərərləri ödəmək üçün 2,6 milyard ABŞ dolları ayırması və qlobal şirkətlərin milyonlarla işçini işdən çıxarması kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb.

Bundan başqa, faiz xərcləri istisna olmaqla hesabat dövründə şirkətin ümumi gəlirləri 0,9%-dək azalaraq 10,3 milyard ABŞ dollarına enib.

(c)report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"American Express": Pandemiya kredit kartı emitentlərinə ciddi çətinliklər yaradıb — Fins.az — Fins.az