AMB ödəniş sektorunda yeni mərhələni açıqladı – AÖS genişlənir

AMB ödəniş sektorunda yeni mərhələni açıqladı – AÖS genişlənir

BANK
246

Azərbaycan Mərkəzi Bankı (Azərbaycan Mərkəzi Bankı) “2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı”nda ödəniş sektorunun inkişafı üzrə növbəti addımları açıqlayıb.

Fins.az-ın məlumatına görə, sənəddə Ani Ödəniş Sistemlərinin (AÖS) funksional imkanlarının genişləndirilməsi və tətbiq sahələrinin artırılması nəzərdə tutulur. Bu çərçivədə AÖS iştirakçılarının daxili informasiya sistemlərinin yenilənmiş tələblərə uyğunlaşdırılması istiqamətində işlərin aparılması planlaşdırılır.

Məlumata əsasən, AZQR standartının (Azərbaycan üzrə QR kod standartı) təkmilləşdirilməsi, likvidlik idarəetmə mexanizmlərinin optimallaşdırılması və rəqəmsal ödənişlərin inkişafını sürətləndirmək məqsədilə Milli Ödəniş Sisteminin (MÖS) idarəetmə strukturunun müəyyənləşdirilməsi də prioritetlər sırasındadır.

Eyni zamanda, ödəniş sektoru üzrə risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi də nəzərdə tutulur və bu istiqamətdə tənzimləyici uyğunlaşdırmaların aparılması planlaşdırılır.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” 2025-ci ildə 85,6% icra olunub. Hesabat dövründə bank sektoru üzrə icra 86,3%, sığorta sektoru üzrə 80%, kapital bazarları üzrə 84,6%, ödəniş sektoru üzrə 86,5%, rəqəmsal maliyyə üzrə 84,7%, dayanıqlı maliyyə üzrə 100%, peşəkar inkişaf və maliyyə məlumatlılığı üzrə isə 85,7% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB ödəniş sektorunda yeni mərhələni açıqladı – AÖS genişlənir — Fins.az — Fins.az