AMB-nin banklara və BOKT-lara xalis tələblərin həcmi açıqlanıb

AMB-nin banklara və BOKT-lara xalis tələblərin həcmi açıqlanıb

BANK
297

Azərbaycan Mərkəzi Bankının banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri azalma nümayiş etdirib.

Fins.az AMB-nin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin aprelin 1-nə Mərkəzi Bankın banklara və BOKT-lara xalis tələbləri 8,414 milyard manat təşkil edib.

Məlumata görə, bu göstərici 2026-cı ilin martın 1-i ilə müqayisədə 106,1 milyon manat və ya 1,2% azalıb. Belə ki, ötən ayın əvvəlinə xalis tələblərin həcmi 8,521 milyard manat olub.

Eyni zamanda, AMB-nin bank sektoruna və bank olmayan kredit təşkilatlarına xalis tələbləri illik müqayisədə də azalma göstərib. Belə ki, göstərici 2025-ci ilin martın 1-i ilə müqayisədə 3 milyard manat və ya 26,3% aşağı düşüb.

Qeyd edək ki, 2025-ci ilin martın 1-nə Azərbaycan Mərkəzi Bankının banklara və BOKT-lara xalis tələbləri 11,412 milyard manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB-nin banklara və BOKT-lara xalis tələblərin həcmi açıqlanıb — Fins.az — Fins.az