AMB-nin banklara və BOKT-lara xalis tələbləri 8,93 milyard manat olub

AMB-nin banklara və BOKT-lara xalis tələbləri 8,93 milyard manat olub

BANK
405

2026-cı ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,928 milyard manat təşkil edib.

Fins.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici bir ay əvvələ nisbətən 729,9 milyon manat və ya 8,9 faiz artıb.

Məlumata görə, xalis tələblər bir il əvvələ nisbətən isə 1,9 milyard manat və ya 17,8 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə AMB-nin banklara və BOKT-lara xalis tələbləri 8,198 milyard manat, 2025-ci ilin fevralın 1-nə isə 10,868 milyard manat təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB-nin banklara və BOKT-lara xalis tələbləri 8,93 milyard manat olub — Fins.az — Fins.az