AMB ilə İslam Maliyyə Xidmətləri Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMB ilə İslam Maliyyə Xidmətləri Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BANK
201

Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İslam Maliyyə Xidmətləri Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

AMB-nin yaydığı məlumata görə, görüş İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İslam Maliyyə Xidmətləri Şurasının baş katibi Qiyat Şabsiq ilə keçirilib. Görüşdə AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov iştirak edib.

Müzakirələr zamanı maliyyə sektorunun inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi və sektorun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər diqqət mərkəzində olub. Tərəflər bu sahələr üzrə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib və bu sahədə birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan 14-cü Özəl Sektor Forumu geniş beynəlxalq iştirakla yadda qalıb. Forumda 60 ölkədən 1400-dən çox nümayəndə iştirak edib, ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32 saziş və anlaşma memorandumu imzalanıb.

Tədbir çərçivəsində çıxış edən rəsmilər Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını vurğulayıblar. Eyni zamanda, ölkənin İslam maliyyəsi sahəsində regional mərkəzə çevrilmək potensialına malik olduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB ilə İslam Maliyyə Xidmətləri Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub — Fins.az — Fins.az