
AMB: investisiya şirkətlərində kapital buferi yetərli səviyyədədir
İnvestisiya şirkətlərinin kapital mövqeyi 2025-ci ilin sonuna olan göstəricilərə əsasən komfort zonada qalır.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, investisiya şirkətləri üzrə məcmu kapital 55,1 milyon manat, tələb olunan kapital isə 7,4 milyon manat təşkil edib. Bu fərq sektorun kifayət qədər kapital buferinə malik olduğunu göstərir.
Bununla yanaşı, investisiya şirkətlərinin xalis mənfəətində azalma qeydə alınıb. 2025-ci il ərzində sektorun xalis mənfəəti 32% və ya 2,5 milyon manat azalaraq 5,4 milyon manat təşkil edib.
Azalmanın əsas səbəbləri kimi artan haqq və komissiya xərcləri, əməkhaqqı və sosial ödənişlər, eləcə də inzibati xərclərin yüksəlməsi göstərilib.