AMB IFC arasında həyata keçirilən layihələr müzakirə edilib

AMB IFC arasında həyata keçirilən layihələr müzakirə edilib

BANK
349

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında həyata keçirilən layihələr müzakirə edilib.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün ölkəmizdə səfərdə olan IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional vitse-prezidenti Alfonso Garcia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı IFC-nin Azərbaycandakı fəaliyyəti, aramızdakı əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və potensial əməkdaşlıq imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB IFC arasında həyata keçirilən layihələr müzakirə edilib — Fins.az — Fins.az