AMB İdarə Heyətinin qərarı ilə notların yeni Buraxılış Şərtləri TƏSDİQLƏNİB

AMB İdarə Heyətinin qərarı ilə notların yeni Buraxılış Şərtləri TƏSDİQLƏNİB

BANK
303

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 dekabr 2023-cü il tarixli qərarı ilə notların yeni Buraxılış Şərtləri təsdiqlənib.

Fins.az xəbər verir ki, bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) məlumat yayımlayıb.

Məlumata görə, yeni şərtlərə uyğun olaraq təkrar bazar iştirakçıları üçün məhdudiyyətlər aradan qaldırılır. Bu da o deməkdir ki, istənilən fiziki və ya hüquqi şəxs AMB-nin qiymətli kağızları ilə alqı-satqı, repo və digər əməliyyatları icra edə biləcək. Yeni qayda isə həmin qiymətli kağızları bazar iştirakçıları üçün daha əlçatan edərək, investisiya imkanlarını genişləndirir.

Həmçinin AMB-nin notlarının hərracında bir iştirakçınıın təqdim edə biləcəyi rəqabətli sifarişin məbləği üzrə heç bir limit yoxdur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...