AMB “Fizza Pay” MMC-nin vəzifəli şəxsinə cərimə tətbiq edib

AMB “Fizza Pay” MMC-nin vəzifəli şəxsinə cərimə tətbiq edib

BANK
488

Azərbaycan Mərkəzi Bankı (AMB) “Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edib.

Fins.az AMB-yə istinadən xəbər verir ki, bu qərar “Fizza Pay” MMC tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim olunması səbəbindən qəbul edilib.

Məlumatda bildirilir ki, həmin vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB “Fizza Pay” MMC-nin vəzifəli şəxsinə cərimə tətbiq edib — Fins.az — Fins.az