AMB ilə Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə edib

AMB ilə Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə edib

BANK
298

Fins.az – Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

AMB-nin sosial şəbəkə platforması "X" hesabında yayılan məlumata görə, Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında mövcud əməkdaşlığın vəziyyəti, 2025–2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin prioritet istiqamətləri, eləcə də bu proqram çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, daha əvvəl Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Ştallmayster bildirib ki, qurum Azərbaycanla 30 ildən artıq əməkdaşlıq dövründə müxtəlif layihələrə milyardlarla dollar investisiya yatırıb.

Onun sözlərinə görə, hazırda həyata keçirilən təşəbbüslər sırasında şəhər inkişafı layihəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ASRA) ilə su itkilərinin azaldılması istiqamətində əməkdaşlıq, həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə suvarma sistemlərinin modernləşdirilməsi və iqlimə davamlı kənd təsərrüfatı metodlarının tətbiqinə dəstək göstərilməsi yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB ilə Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə edib — Fins.az — Fins.az