AMB: Dekabrda proqram genişləndiriləcək

AMB: Dekabrda proqram genişləndiriləcək

BANK
274

Fins.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) proqnozlaşdırıldığı kimi faiz dərəcələrini sabit saxladı. AMB sədri Laqard isə mətbuat konfransı zamanı iqtisadiyyatın proqnozlaşdırılandan daha sürətlə gerilədiyini bildirib və dekabr ayında baş tutması gözlənilən toplantıda maliyyə təşviq paketinin qəbul olunmasına dair siqnallar verib. 

Bununla yanaşı, Kristin Laqard dekabr ayına kimi bütün imkanları və vasitələri də gözdən keçirəcəklərini vurğulayıb. 

1.35 trilyon avroluq maliyyə təşviq paketi daxilində aktivlərin satınalma prosesinin davam etdiriləcəyi də qeyd edilib. Bu proqram aylıq 20 milyard avroluq limitlə davam etdiriləcək. (investaz.az)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB: Dekabrda proqram genişləndiriləcək — Fins.az — Fins.az