AMB: AZIR indeksi uçot dərəcəsinə yaxın formalaşıb

AMB: AZIR indeksi uçot dərəcəsinə yaxın formalaşıb

BANK
282

2026-cı ilin mart ayında AZIR indeksinin orta günlük səviyyəsi 6,47%, aprel ayında isə 6,44% təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkədə pul siyasəti alətlərinin tətbiqi maliyyə bazarlarında müşahidə olunan proseslər və bank sistemindəki likvidlik göstəriciləri əsasında tənzimlənir.

AMB bildirib ki, təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi çərçivəsində və əsasən uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.

Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılır. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB: AZIR indeksi uçot dərəcəsinə yaxın formalaşıb — Fins.az — Fins.az