
Alış-verişlərdən maksimum fayda əldə etməyin yolu
Fins.az – Bank Respublika Mastercard Neo Standard kartını müştərilərinə təqdim edir.
Bankın məlumatına görə, kart sahibləri alış-verişlərə görə Neobonuslar qazanaraq onları keşbekə, səyahət millərinə, danışıq dəqiqələrinə və mobil internet paketlərinə çevirə, həmçinin qalıq məbləğə faiz gəliri və kredit xətti imkanlarından yararlana bilirlər.
Məlumata əsasən, Neo Standard kartı AZN, ABŞ dolları və avro valyutalarında təqdim olunur, 45 günlük güzəşt müddəti və 5 000 manatadək kredit limiti təklif edir. Bank bildirib ki, kart üzrə müxtəlif alış-veriş kateqoriyalarında 4%-dək keşbek qazanmaq, toplanan bonusları isə Mobil Şöbə tətbiqi vasitəsilə keşbek və digər üstünlüklərə çevirmək mümkündür.