"AGBank"ın kredit portfeli 0,7% böyüyüb

"AGBank"ın kredit portfeli 0,7% böyüyüb

BANK
861

“AGBank” ASC 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Fins.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “AGBank”ın cəmi əməliyyat gəlirləri 8 milyon 530 min manat, cəmi əməliyyat xərcləri isə 10 milyon 154 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 1 milyon 624 min manat əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 616 min manatın azad olması hesabına zərər 1 milyon 8 min manata düşüb.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

31 Mart 2020-ci il tarixində “AGBank” 459 milyon 16 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin eyni tarixi ilə müqayisədəd 4 milyon 486 min manat və ya təxminən 1% çoxdur. “AGBank”ın müştərilərə verdiyi kreditlər isə 17 milyon 935 min manat və ya 8% artaraq 240 milyon 932 min manata yüksəlib.

“AGBank”da depozitlər 208 milyon 166 min manatdan 209 milyon 355 min manta yüksəlib.

31 Mart 2020-ci il tarixində “AGBank” 50 milyon 101 min manat məcmu kapitala malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AGBank"ın kredit portfeli 0,7% böyüyüb — Fins.az — Fins.az