"AG Bank"  Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

"AG Bank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

BANK
2,340

Azərbaycanda fəaliyyət göstərən ilk kommersiya banklarından olan  “AG Bank" sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulmuşdur. Bu məqsədlə, “AG Bank"Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (Bir yüz min) AZN məbləğində vəsait köçürmüşdür.Eyni zamanda “AG Bank"-ın müşahidə şurasının sədri Çingiz Əsədulla şəxsən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 (Bir on min) AZN məbləğində vəsait köçürmüşdür.
Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən Bankımız bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"AG Bank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı — Fins.az — Fins.az