ABTC hər bir vətəndaşa ödənişsiz xidmətlər təqdim edir

ABTC hər bir vətəndaşa ödənişsiz xidmətlər təqdim edir

BANK
471

Azərbaycan Banklar Assosiyasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində bankların mikro, kiçik və orta biznes nümayəndələrindən olan müştəriləri aşağıdakı təlimlərdə ödənişsiz olaraq iştirak edə bilər

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiyasiyası məlumat yayımlayıb 

Məlumatda bildirlir ki, 

Təlimin mövzusu Tarix Saat Hədəf qrupu Təlimçi Toplam saat Format
1. Layihələrin Biznes Planlarının hazırlanması 24, 26, 30 noyabr; 28 noyabr 2020-ci il 10:00-12:00
10:00-14:00
KOB rəhbərləri və maliyyə menecerləri/baş mühasibləri/ layihə qrupları üzvləri Elxan Məmmədov 10 saat Onlayn
2. Sahibkarlıq fəaliyyətində müqavilə hüququ 24-26 noyabr 2020-ci il 14:00-16:00 Sahibkarlar, hüquqşünaslar, baş mühasiblər Ruqiyyə Hacızadə 6 saat Onlayn
3. Marketinq (ilkin anlayışlar) 25, 27 noyabr 2020-ci il 10:00-12:00 KOB marketinq və satış menecerləri, mütəxəssisləri İlkin Qarayev 4 saat Onlayn
4. Pandemiyanın biznesin idarə edilməsinə təsiri (beynəlxalq və yerli sorğu əsasında) 27 noyabr 2020-ci il 19:00-21:00 KOB sahibləri və menecerləri Cavanşir Abdullayev 2 saat Onlayn
5. Satış texnologiyaları və müştəri xidmətləri 27-28 noyabr 2020-ci il 14:00-17:00 KOB-ların satış üzrə məsul əməkdaşları Anar Həsənov 6 saat Onlayn

 

Təlimlərdə iştirak etmək üçün qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün təlimin mövzusunu, ad və soyadınızı, təşkilat və tutduğunuz vəzifəni qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Bakı KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlər və göstərilən digər xidmətlər haqqında ətraflı məlumatı www.baki.kobim.az saytından əldə edə, [email protected] e-mail ünvanına yaza və ya (+994 50) 225 38 88 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

KOB inkişaf mərkəzləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələridir. Hazırda Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişaf mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə mikro, kiçik və orta biznes subyektlərinə, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına və s. dəstək göstərilir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir. Ətraflı məlumat üçün – www.baki.kobim.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABTC hər bir vətəndaşa ödənişsiz xidmətlər təqdim edir — Fins.az — Fins.az