ABŞ-ın iki bankının ikinci rüb gəlirləri azalıb

ABŞ-ın iki bankının ikinci rüb gəlirləri azalıb

BANK
500

ABŞ-ın ən böyük banklarından biri olan JPMorgan və Morgan Stanley aprel-iyun rübü üçün hesabatınıı açıqlayarkən, hər iki bankın gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə azaldığı qeyd edilib.
"Fins.az" xəbər verir ki, Morgan Stanley və JPMorgan-ın ikinci rübdə mənfəəti illik müqayisədə azalıb.

Morgan Stanley-in xalis gəliri illik müqayisədə 11 faiz azalaraq 13,13 milyarda düşüb, gözlənilən 13,33 milyard dollar olub. Ötən ilin eyni rübündə gəlir 14,8 milyard dollar olub.

Bankın korporativ investisiya bankçılıq gəliri də 1927 milyard dollar proqnozundan aşağı 1,07 milyard dollar, səhm üzrə düzəliş edilmiş mənfəət isə 1,57 dollar gözləntisindən aşağı 1,44 dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 1,89 olub.

Morgan Stanley tərəfindən edilən açıqlamada bankın xalis mənfəətinin keçən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalaraq 3,5 milyard dollardan 2,5 milyard dollara düşdüyü bildirilib.

Bankın səhmləri bu ilin birinci yarısında 23 faiz ucuzlaşıb ki, bu da onların ardıcıl iki rüb ərzində son 10 ildə ən pis göstəricisidir.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-ın iki bankının ikinci rüb gəlirləri azalıb — Fins.az — Fins.az