ABB ilə razılaşmadan sonra “Davr-Bank”ın reytinqinin artacağını gözləyir — S&P

ABB ilə razılaşmadan sonra “Davr-Bank”ın reytinqinin artacağını gözləyir — S&P

BANK
382

“S&P Global” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə razılaşmanın yekun mərhələyə çatmasından sonra Özbəkistanın “Davr-Bank”ının kredit reytinqinin yüksələ biləcəyini gözləyir.

Fins.az xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqlamasına istinadən bildirilib.

Məlumata əsasən, 2026-cı il mayın 8-də ABB “Davr-Bank”ın nizamnamə kapitalının 51%-ni əldə etmək niyyətini açıqlayıb. Razılaşma başa çatdıqdan sonra “Davr-Bank”ın reytinqlərinin ABB Qrupunun dəstəyindən faydalanacağı gözlənilir.

S&P qeyd edir ki, bu səbəbdən “Davr-Bank”ın emitentin uzunmüddətli kredit reytinqi “B” səviyyəsində müsbət proqnozla “CreditWatch” siyahısına daxil edilib, qısamüddətli reytinq isə “B” səviyyəsində təsdiqlənib. Razılaşma tamamlandıqdan sonra reytinqin “CreditWatch” siyahısından çıxarılması gözlənilir.

Reytinq agentliyinin analitiklərinə görə, “Davr-Bank” ABB Qrupunun tərkibinə daxil olacağı təqdirdə daha güclü kredit profilinə sahib olacaq və bu, reytinqin bir pillə yüksəlməsinə şərait yarada bilər.

S&P bildirir ki, sövdələşmədən sonra “Davr-Bank” ABB Qrupunun mühüm törəmə şirkətlərindən biri kimi qiymətləndirilə bilər və onun ümumi aktivləri ilə kapitalının 10–11%-ni təşkil edəcəyi gözlənilir.

Bankın maliyyə göstəricilərinə dair proqnozlarda qeyd olunur ki, “Davr-Bank”ın kapital rentabelliyi son illərdə 35%-dən yuxarı olub (2025-ci ildə 35,6%) və növbəti üç il ərzində 20–25% aralığında qalacağı gözlənilir. Həmçinin Riskə uyğunlaşdırılmış kapital (RAC) nisbətinin 2024-cü ildəki 9,5%-dən 2025-ci ildə 10,9%-ə yüksəldiyi bildirilir.

S&P proqnozlarına görə, RAC nisbəti növbəti 12–18 ayda 10,0–10,3% intervalında qalacaq. Bankın kredit portfelinin isə 30–35% artacağı gözlənilir.

Baza ssenarisinə əsasən, 2026–2027-ci illərdə əlavə səhm emissiyası və səhmdarlar tərəfindən kapital inyeksiyası nəzərdə tutulmur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB ilə razılaşmadan sonra “Davr-Bank”ın reytinqinin artacağını gözləyir — S&P — Fins.az — Fins.az