
“ABB” ASC-nin xalis mənfəəti 10 milyon manatdan çox ARTIB
“ABB” ASC-nin xalis mənfəəti 2022-ci ilin ikinci rübündə 2021-ci ilin müqaviq dövrü ilə müqaisədə 10 milyon 268 min manat artaraq 118 milyon 417 min manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə “ABB” ASC-nin 2022-ci ilin 2-ci rübünə dair maliyyə hesabatında məlumat verilir.
Məlumata görə, 2022-ci ilin 1-ci yarısında “ABB” ASC-nin cəmi aktivləri ilin əvvəli ilə müqaisədə 599 milyon 97 min manat və ya 5,2% artaraq 12 milyard 82 milyon 954 min manat təşkil edib
“ABB” ASC-nin kredit portfeli 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 740 milyon manat və ya 27% artaraq 3 milyard 440 milyon 840 min manat təşkil edib. Bank tərəfindən hesabat dövründə verilmiş biznes kreditləri 414 milyon 212 min artaraq 1 milyard 772 milyon manata yüksəlib.
2022-ci ilin yanvar-iyun dövründə “ABB” ASC-nin əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib. 2022-ci ilin ilk 6 ayında bankın faiz və qeyri-faiz gəlirləri 335 milyon 496 min manat, əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib.
2022-ci ilin ötən dövrü ərzində qiymətli kağızlara investisiyalar 42 milyon 45 min manat və ya 3,1% artaraq 1 milyard 405 milyon 561 min manata çatıb.
Bankı hesabat dövründə 21 milyon 216 min manat mənfəət vergisi verib.
Müəllif:Aynur Qəniyeva