2025-ci ilin ilk yarısında bankların əksəriyyəti mənfəətlə işləyib

2025-ci ilin ilk yarısında bankların əksəriyyəti mənfəətlə işləyib

BANK
521

Bu ilin ilk yarısında bankların əksəriyyəti mənfəətlə fəaliyyət göstərib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin ilk yarısında bir bank istisna olmaqla bütün banklar mənfəətlə işləyib.

Məlumata əsasən, 21 bankın mənfəəti 580 milyon manat, zərərlə fəaliyyət göstərən 1 bankın zərəri isə 2 milyon manat olub.

Bank sektorunun ROA (aktivlərin gəlirliliyi) göstəricisi 2.1% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz xərclərinin artması fonunda ROA 0.4 faiz bəndi azalaraq 2.1%-ə düşüb.

Sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləridir. Belə ki, faiz və qeyri-faiz gəlirləri müvafiq olaraq 21% (411 milyon manat)13% (101 milyon manat) artdığı halda, faiz və qeyri-faiz xərcləri müvafiq olaraq 55% (302 milyon manat)16% (203 milyon manat) yüksəlib.

Qeyd olunub ki, son dövrlərdə banklar tərəfindən depozitlər üzrə faiz dərəcələrinin artması və əməliyyat xərclərinin yüksəlməsi bank sektorunun xərclərinin artmasına səbəb olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2025-ci ilin ilk yarısında bankların əksəriyyəti mənfəətlə işləyib — Fins.az — Fins.az