
11,8 mln manatlıq bank kreditləri
Əsas kapitala yönəldilən vəsaitinin 11,8 milyon manatını bank kreditləri təşkil edib
Fins.az xəbər verir ki, yanvar ayında əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 734,2 milyon, büdcə vəsaitləri 141,3 milyon, büdcədənkənar fondların vəsaitləri 33,8 milyon, əhalinin şəxsi vəsaitləri 67,4 milyon, digər vəsaitlər isə 8,2 milyon manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox vəsait yönəldilib.