
Yenilənmiş Toyota Aqua GR Sport versiyasına qovuşub
Fins.az - Toyota yenilənmiş Aqua hibrid hetçbekinin GR Sport versiyasını yenidən Yaponiya bazarında təqdim edib.
İdman üslublu modelin başlanğıc qiyməti 3,2 milyon yen müəyyən edilib. İlk dəfə 2011-ci ildə istehsala buraxılan Toyota Aqua-nın ikinci nəsli 2021-ci ildə təqdim olunub və yalnız Yaponiya bazarı üçün nəzərdə tutulub. Model planlı yenilənməni 2025-ci ilin payızında almışdı.