
Yeni nəsil Hyundai Elantra tamamilə fərqli dizaynla təqdim olunub
Fins.az - Hyundai Koreyanın Busan şəhərində keçirilən avtomobil sərgisində Avante sedanının səkkizinci nəslini təqdim edib. Model beynəlxalq bazarlarda Hyundai Elantra adı ilə satılır.
Yeni nəsil sedan əvvəlki versiyadan kəskin fərqlənən, daha iti xətlərə malik eksteryer dizaynı ilə seçilir. Salonda isə ənənəvi vahid panel əvəzinə iki ayrı rəqəmsal ekran quraşdırılıb.
Cənubi Koreya bazarında yeni Avante/Elantra yeni 2,0 litrlik atmosfer benzin mühərriki ilə təklif olunacaq. Bundan əlavə, modelin hibrid versiyası da satışda qalacaq.
Qeyd edək ki, yeddinci nəsil Avante/Elantra 2020-ci ildə təqdim edilmiş, 2023-cü ildə isə restaylinq edilmişdi. Yeni nəsil model dizayn və texnologiya baxımından əhəmiyyətli yeniliklərlə seçilir.