Yeni avtomobil almaq daha asan oldu – ABB

Yeni avtomobil almaq daha asan oldu – ABB

AVTO
216

Fins.azAzərbaycan Beynəlxalq Bankı (ABB) avtomobil almaq istəyən müştərilər üçün yeni avtokredit məhsulu təqdim edib. Kredit rəsmi avtomobil dilerləri vasitəsilə seçilən nəqliyyat vasitələrinin onlayn müraciət əsasında alınmasına imkan verir.

Yeni avtokredit üzrə kredit məbləği 200 000 manatadək, müddət isə 60 ayadək müəyyən edilib. İlkin ödəniş avtomobilin dəyərinin minimum 10 faizindən başlayır.

Faiz dərəcələri avtomobilin növündən asılı olaraq dəyişir: elektrik avtomobillər üçün 13 faizdən, hibridlər üçün 13,5 faizdən, digər avtomobillər üçün isə 14 faizdən başlayır. Ümumi FİFD göstəricisi 18,64 faizdən 41,65 faizə qədər dəyişir.

Bildirilib ki, kredit üzrə xidmət haqqı 0,5 faiz (minimum 20 manat) təşkil edir. Avtomobilin istehsal tarixi 3 ildən çox olmamalı, yürüşü isə 1000 kilometrdən artıq olmamalıdır.

ABB-nin yeni məhsulu müştərilərə avtomobil əldə etmə prosesini daha çevik və əlçatan etmək məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni avtomobil almaq daha asan oldu – ABB — Fins.az — Fins.az