Yeni Alfa Romeo Giulia və Stelvio “təmiz” benzin mühərriki ilə gələ bilər

Yeni Alfa Romeo Giulia və Stelvio “təmiz” benzin mühərriki ilə gələ bilər

AVTO
325

Fins.az - İtaliyanın Alfa Romeo markasının yeni nəsil Giulia sedanı və Stelvio krossoveri 2028-ci ildə təqdim oluna bilər.

Yeni modellərin əvvəlcə tam elektrik versiya kimi hazırlanması planlaşdırılsa da, sonradan istehsalçının strategiyasında dəyişiklik edilib və “təmiz” daxili yanma mühərrikli versiyanın da buraxılması ehtimal olunur.

Məlumata görə, avtomobillər 3,0 litrlik sıralı biturbo altısilindrli mühərriklə təchiz oluna bilər və gücü təxminən 558 at qüvvəsi təşkil edəcək.

Hazırkı Giulia 2015-ci ildən, Stelvio isə 2016-cı ildən istehsaldadır. Hər iki model 2023-cü ildə yenilənib.

Alfa Romeo markası Stellantis avtomobil qrupuna daxildir və əvvəlcə 2027-ci ildən tam elektrik xəttinə keçid planlaşdırsa da, bu strategiya sonradan yenidən nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Alfa Romeo Giulia və Stelvio “təmiz” benzin mühərriki ilə gələ bilər — Fins.az — Fins.az