"Toyota" zavodlarını bağlayır - SƏBƏB

"Toyota" zavodlarını bağlayır - SƏBƏB

AVTO
533

Bakı 23 dekabr Fins.az

Yaponiyanın Toyota avtomobil konserni koronavirusun yeni mutasiyasına görə Böyük Britaniya və Fransadakı fabriklərin işini dayandırır.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Böyük Britaniyadakı mühərrik istehsalı zavodu bu gündən, yığma zavodu isə sabahdan işini dayandıracaq. Fransadakı təkrar emal zavodu da bu gündən fəaliyyət göstərməyəcək. İşçilər Milad tətilinə vaxtından əvvəl göndəriləcək.

Qərarın səbəbi şirkətdə detalların tədarükündə kəsilmə ehtimalıdır. Bu da Britaniyada aşkarlanan koronavirus mutasiyasına görə real ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Toyota" zavodlarını bağlayır - SƏBƏB — Fins.az — Fins.az